149 Arxiv
Xəbərlər

Geri

“Sənaye və yaşıl layihələrə dəstək” müsabiqəsinin qalibləri müəyyənləşib 28.12.2024 / Müsabiqə

 “Sənaye və yaşıl layihələrə dəstək” müsabiqəsi çərçivəsində 311 layihəyə ümumilikdə 67 milyon manata yaxın güzəştli kredit ayrılıb.

 İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun təşəbbüsü ilə sənaye, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı sahələrində fəaliyyət göstərən, eləcə də yaşıl layihələr həyata keçirən sahibkarlara güzəştli kreditlərin verilməsinin stimullaşdırılması məqsədilə müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında keçirilən "Sənaye və yaşıl layihələrə dəstək" müsabiqəsinin qalibləri ilə görüş keçirilib. Görüşdə bildirilib ki, 2024-cü il ərzində 2 dəfə keçirilən müsabiqə nəticəsində müvafiq istiqamət üzrə 311 layihəyə ümumilikdə 67 milyon manata yaxın güzəştli kredit ayrılıb. Bu layihələrdən 175-i II yarımil üzrə keçirilən müsabiqə çərçivəsində maliyyələşdirilib və həmin layihələr ümumilikdə 40 milyon manata yaxın güzəştli kreditlə təmin edilib.

Müsabiqə komissiyasının qərarına əsasən sənaye, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı sahələrində fəaliyyət göstərən, eləcə də yaşıl layihələr üzrə kredit ayrılan layihələrin icra olunacağı regionlar, mikro, kiçik və ya orta sahibkarlıq subyektlərinə məxsus olması, kredit ayrılmış sahibkarlıq subyektinin kateqoriyası (qadın və gənc sahibkarlar) və kredit məbləği əsas götürülməklə, 1-ci yerə “Yelo Bank” ASC-nin nümayəndəsi Nahid Əhmədov, 2-ci yerə "Aqrarkredit" QSC-nin nümayəndəsi Rahib Səfərov, 3-cü yerə "Expressbank" ASC-nin nümayəndəsi Emil Həmidov layiq görülüb.

Qaliblər diplomlarla təltif ediliblər.