32 Arxiv
Xəbərlər

Geri

Şəffaflıq və hesabatlılıqla bağlı panel müzakirə keçirilib 15.11.2024 / Konfranslar, iclaslar

Sahibkarlığın İnkişafı Fondu (SİF) COP-29 çərçivəsində təşkil edilən “Şəffaflıq və hesabatlılıq” mövzusunda panel müzakirədə iştirak edib. Gürcüstan, Qazaxıstan, Ukrayna və Türkiyənin müxtəlif maliyyə qurumlarının nümayəndələrinin də iştirak etdiyi tədbirdə mövzu üzrə bu ölkələrdəki mövcud vəziyyət diqqətə çatdırılıb. SİF-in İdarə Heyətinin sədri Osman Xaliyev Fond tərəfindən güzəştli kreditlərin ayrılması prosesində sahibkarlıq subyektlərinin fəaliyyətinin şəffaflığı və hesabatlılığının əhəmiyyətindən danışıb.

Qeyd edək ki, Sahibkarlığın İnkişafı Fondu bu ildən etibarən BMT-nin Qlobal Sazişinin üzvüdür. Təşkilatın üzvlərinin əsas məqsədi öz strategiya və fəaliyyətlərini “Dayanıqlı inkişaf üzrə 2030 Gündəliyi”nə uyğunlaşdırmaqdır.