29 Arxiv
Xəbərlər

Geri

Sahibkarlığın İnkişafı Fondu “Rebuild Karabakh” sərgisində təmsil olunur 16.10.2024 /

Sahibkarlığın İnkişafı Fondu 4-cü Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” ‒ “Rebuild Karabakh” sərgisində öz stendi ilə təmsil olunur.

Fondun fəaliyyəti və dəstək mexanizmləri ilə bağlı ətraflı məlumat almaq üçün stendimizə yaxınlaşa bilərsiniz.

Qeyd edək ki, oktyabrın 17-dək davam edəcək sərginin əsas məqsədi müxtəlif ölkələrdən olan şirkətlərin Qarabağ bölgəsinin sürətli bərpasına töhfə verə biləcək unikal təcrübə, innovativ həll variantları və investisiya təkliflərini bir platformada nümayiş etdirmək, həmçinin şirkətlərlə dövlət qurumlarının nümayəndələri arasında dialoq üçün ünsiyyət platforması yaratmaqdır.