93 Arxiv
Xəbərlər

Geri

Sahibkarlarla görüş keçirilib 08.10.2024 / Görüşlər

Sahibkarlığın İnkişafı Fondunda (SİF) İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye parklarının rezidenti olan bir qrup sahibkarla görüş keçirilib.

Görüş çərçivəsində sənaye parklarının rezidentlərinə SİF-in güzəştli kredit, zəmanət və subsidiya mexanizmləri barədə ətraflı məlumat verilib. Bununla yanaşı, sahibkarları maraqlandıran suallar cavablandırılıb, təkliflər dinlənilib.