160 Arxiv
Xəbərlər

Geri

Sənaye parklarının rezidentləri ilə görüş keçirilib 23.09.2024 / Görüşlər

Sənaye parklarının rezidentlərinə Sahibkarlığın İnkişafı Fondunun maliyyə mexanizmləri barədə ətraflı məlumat verilib.

Sahibkarlığın İnkişafı Fondunda (SİF) İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye parklarının rezidentləri ilə növbəti görüş keçirilib. Görüşdə müxtəlif sənaye parklarında fəaliyyət göstərən sahibkarlar, eləcə də SİF-in, müvəkkil kredit təşkilatlarının və İZİA-nın nümayəndələri iştirak ediblər.

Görüş çərçivəsində sənaye parklarının rezidentlərinə SİF-in güzəştli kredit, zəmanət və subsidiya mexanizmləri barədə ətraflı məlumat verilib. Bununla yanaşı, sahibkarları maraqlandıran suallar cavablandırılıb, təkliflər dinlənilib.