139
Arxiv
Xəbərlər
Geri
Daşkəsəndə fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib
13.09.2024 / Görüşlər
“Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda görüş keçirilib.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun (SİF) və Daşkəsən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda görüş keçirilib.
Görüşdə SİF-in, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və müvəkkil kredit təşkilatlarının nümayəndələri, eləcə də Daşkəsəndə iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərən sahibkarlar iştirak ediblər. Tədbirdə sahibkarlara dövlətin güzəştli maliyyə mexanizmləri barədə ətraflı məlumat verilib. Həmçinin, Fondun güzəştli kreditlərindən yararlanmaq istəyən sahibkarların sualları cavablandırılıb, təklifləri dinlənilib.