189
Arxiv
Xəbərlər
Geri
Qadın sahibkarlarla görüş keçirilib
12.09.2024 / Görüşlər
“Qadınların İnkişafına və Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin üzvlərinə Sahibkarlığın İnkişafı Fondunun maliyyə mexanizmləri barədə ətraflı məlumat verilib.
Sahibkarlığın İnkişafı Fondunda (SİF) “Qadınların İnkişafına və Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin üzvləri ilə görüş keçirilib.
Görüş çərçivəsində sahibkarlara SİF-in fəaliyyət istiqamətləri, o cümlədən maliyyə mexanizmləri ilə bağlı ətraflı məlumat verilib. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə layihə həyata keçirmək istəyən sahibkarlara zəmanət və subsidiya mexanizminə müraciət qaydası izah edilib. Həmçinin, sahibkarları maraqlandıran suallar cavablandırılıb, təkliflər dinlənilib.