109 Arxiv
Xəbərlər

Geri

Güzəştli kreditlər üzrə fərqlənən müvəkkil kredit təşkilatları müəyyənləşib 09.09.2024 /

2024-cü ilin səkkiz ayı ərzində Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə 3507 layihənin maliyyələşdirilməsinə 138,3 milyon manat güzəştli kredit verilib.

Bu ilin səkkiz ayı ərzində sahibkarların invesitisiya layihələrinə verilmiş güzəştli kreditlərin sayına görə "Bank Respublika" ASC, "Rabitəbank" ASC, "AccessBank" QSC, "Yelo Bank" ASC və "Aqrarkredit" QSC fərqlənib. Həmin dövrdə verilmiş güzəştli kreditlərin məbləği üzrə fərqlənən müvəkkil kredit təşkilatlarına isə "Bank Respublika" ASC, "Rabitəbank" ASC, "Yelo Bank" ASC, "AccessBank" QSC və "Azərbaycan Beynəlxalq Bankı" ASC daxildir.

Qeyd edək ki, sahibkarlar SİF-in güzəştli kreditlərindən yararlanmaq üçün müvəkkil kredit təşkilatlarına müraciət etməlidirlər. Müvəkkil kredit təşkilatlarına Fondun əməkdaşlıq etdiyi banklar, bank olmayan kredit təşkilatları və kredit ittifaqları aiddir.