152
Arxiv
Xəbərlər
Geri
Turizmin inkişafı yönümlü layihələrin dəstəklənməsi
30.08.2024 /
Turizm Sahibkarlığın İnkişafı Fondunun (SİF) güzəştli kredit mexanizmi üzrə 2024-cü il üçün müəyyənləşdirilmiş prioritet istiqamətlərdəndir. Sahibkarlar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla, ölkənin digər ərazilərində həyata keçirmək istədikləri turizm sektorunun inkişafı yönümlü biznes layihələri üçün Fondun güzəştli kreditlərindən yararlana bilərlər. Belə layihələrə müxtəlif turizm növlərinin (mədəni, biznes, sağlamlıq, ekoloji, istirahət, əyləncə, dağ, qış və xizək, çimərlik, idman, kənd, ov, dini və s.), turizm infrastrukturunun, o cümlədən otel, mehmanxana və cəlbedici turizm məkanlarının inkişaf etdirilməsinə xidmət edən layihələr aiddir.