204 Arxiv
Xəbərlər

Geri

Azərbaycan Banklar Assosiasiyası ilə görüş keçirilib 29.08.2024 / Görüşlər

Fondun güzəştli kreditlərinin verilməsi, eləcə də zəmanət və subsidiya mexanizminə müraciətlərin qəbul edilməsi ilə bağlı mövcud vəziyyət nəzərdən keçirilib.

Sahibkarlığın İnkişafı Fondu və Azərbaycan Banklar Assosiasiyası arasında görüş keçirilib. Onlayn görüşdə sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi və onların maliyyələşdirilmə imkanlarının genişləndirilməsi istiqamətində qurumlar arasındakı əməkdaşlığın növbəti addımları müzakirə edilib. Bununla yanaşı, Fondun güzəştli kreditlərinin verilməsi, eləcə də zəmanət və subsidiya mexanizminə müraciətlərin qəbul edilməsi ilə bağlı mövcud vəziyyət nəzərdən keçirilib.

Həmçinin sahibkarların güzəştli maliyyə dəstəyindən yararlanmaqla bağlı bildirdikləri məsələlər diqqətə çatdırılıb, təkliflər dinlənilib.