279 Arxiv
Xəbərlər

Geri

Naxçıvanda fəaliyyət göstərən bizneslər maliyyələşdirilir 30.07.2024 /

Naxçıvan MR-da fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 1 milyon 77 min manat güzəştli kredit verilib.

2024-cü ilin ilk 6 ayı ərzində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlar 22 layihə üzrə Sahibkarlığın İnkişafı Fondunun (SİF) güzəştli kreditlərindən yararlanıblar. Belə ki, sahibkarların layihələrinin maliyyələşdirilməsinə SİF tərəfindən ümumilikdə 1 milyon 77 min manat güzəştli kredit ayrılıb. Kreditdən yararlanmış sahibkarlıq subyektləri muxtar respublika ərazisində sənaye, turizm, kənd təsərrüfatı, akvakultura, ictimai iaşə kimi iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərirlər. Layihələrin icrası nəticəsində 40 yeni iş yerinin yaradılması nəzərdə tutulub.

Qeyd edək ki, 2023-cü ilin fevral ayından etibarən İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun güzəştli kredit mexanizmi Naxçıvanda fəaliyyət göstərən sahibkarlıq subyektlərini də əhatə edir.