187 Arxiv
Xəbərlər

Geri

İspaniya Krallığının “Rəsmi Kredit İnstitutu” ilə təcrübə mübadiləsi keçirilib 15.07.2024 /

Sahibkarlığın İnkişafı Fondu (SİF) ilə İspaniya Krallığının “Rəsmi Kredit İnstitutu” (Instituto de Credito Oficial) arasında təcrübə mübadiləsi çərçivəsində SİF-in nümayəndələri İspaniyanın Madrid şəhərinə səfər edib. 

Səfər sözügedən qurumun təcrübəsinin öyrənilməsi və SİF-in beynəlxalq əlaqələrinin genişləndirilməsi məqsədilə həyata keçirilib.

Görüşlərdə hər iki qurumun fəaliyyət istiqamətləri barədə məlumat verilib, maliyyə mexanizmləri haqqında fikir mübadiləsi aparılıb.

“Instituto de Credito Oficial” bir sıra maliyyə mexanizmləri, o cümlədən kredit, zəmanət, səhm kapitalına yatırım, vençur kapitalı, ixrac maliyyə mexanizmləri vasitəsilə bizneslərə dəstək olur, dövlət və ya özəl layihələrin maliyyələşdirməsini həyata keçirir.