132 Arxiv
Xəbərlər

Geri

Göyçayda sahibkarlarla görüş keçirilib 14.06.2024 / Görüşlər

 “Sahibkarlığın inkişafına dəstək” mövzusunda görüş keçirilib.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun (SİF) və Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Sahibkarlığın inkişafına dəstək” mövzusunda görüş keçirilib.

Görüşdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatı Məzahir Əfəndiyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və SİF-in İdarə Heyətinin sədri Osman Xaliyev çıxış ediblər. Bununla yanaşı, SİF-in, KOBİA-nın və Aqrar Kredit və İnkişaf Agentliyinin dəstək mexanizmləri sahibkarlara təqdim edilib. Həmçinin sahibkarların sualları cavablandırılıb, təklifləri dinlənilib.