174 Arxiv
Xəbərlər

Geri

Sahibkarlarla görüş keçirilib 10.06.2024 / Görüşlər

 

Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının üzvü olan sahibkarlara Sahibkarlığın İnkişafı Fondunun maliyyə mexanizmləri barədə ətraflı məlumat verilib.

Sahibkarlığın İnkişafı Fondunun (SİF) və Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının birgə təşkilatçılığı ilə sahibkarlarla görüş keçirilib.

Tədbir çərçivəsində sahibkarlara SİF-in fəaliyyət istiqamətləri, o cümlədən maliyyə mexanizmləri ilə bağlı ətraflı məlumat verilib. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə layihə həyata keçirmək istəyən sahibkarlara zəmanət və subsidiya mexanizminə müraciət qaydası izah edilib. Həmçinin onları maraqlandıran suallar cavablandırılıb.