149 Arxiv
Xəbərlər

Geri

SİF Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisində təmsil olunur 04.06.2024 /

İyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi (“Caspian Power”) öz işinə başlayıb. 37 ölkədən 300-ə yaxın şirkətin məhsul və xidmətlərinin təqdim olunduğu sərgidə Sahibkarlığın İnkişafı Fondu da təmsil olunur. Sərgi iştirakçılarına Fondun fəaliyyət istiqamətləri, o cümlədən "yaşıl layihə"lərin güzəştli şərtlərlə maliyyələşdirilməsi ilə bağlı məlumatlar verilir.

Qeyd edək ki, “Caspian Power” sərgisi iyunun 6-dək davam edəcək.