235 Arxiv
Xəbərlər

Geri

Naxçıvanda fəaliyyət göstərən bizneslər maliyyələşdirilir 24.05.2024 /

2024-cü ilin ilk 4 ayı ərzində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 18 sahibkar Sahibkarlığın İnkişafı Fondunun (SİF) güzəştli kreditlərindən yararlanıb. Belə ki, sahibkarların layihələrinin maliyyələşdirilməsinə SİF tərəfindən ümumilikdə 907 min manat güzəştli kredit ayrılıb. Layihələrin icrası nəticəsində 39 yeni iş yerinin yaradılması nəzərdə tutulub.

Qeyd edək ki, 2023-cü ilin fevral ayından etibarən İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun güzəştli kredit mexanizmi Naxçıvanda fəaliyyət göstərən sahibkarlıq subyektlərini də əhatə edir.