236 Arxiv
Xəbərlər

Geri

Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyanın nümayəndələri ilə görüş keçirilib 24.05.2024 / Görüşlər

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunda (SİF) BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyanın (UN ESCAP) nümayəndələri ilə görüş keçirilib.

Görüşdə SİF tərəfindən sahibkarlara göstərilən maliyyə xidmətlərinin əlçatanlığının artırılması istiqamətində görülən işlər təqdim edilib. SİF-in İdarə Heyəti sədrinin müavini Eldar Həmidov sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi istiqamətində dövlətin dəstək mexanizmləri barədə məlumat verib.

Bununla yanaşı, maliyyə institutlarının məhsul və xidmətlərinin müxtəlifliyi və sahibkarların maliyyə xidmətlərinə çıxışı ilə əlaqədar digər məsələlər müzakirə edilib.