171 Arxiv
Xəbərlər

Geri

Sənaye sahəsi üzrə layihələrin dəstəklənməsi 17.05.2024 / Mühüm hadisələr

Qeyri-neft sənaye sahələrinin inkişafı üzrə istehsal və emal (o cümlədən aqrar emal) yönümlü layihələrin dəstəklənməsi Sahibkarlığın İnkişafı Fondunun (SİF) güzəştli kredit mexanizmi üzrə 2024-cü il üçün müəyyənləşdirilmiş prioritet istiqamətlərdəndir. Kimya, maşınqayırma, elektrotexnika, yeyinti, yüngül və digər sənaye sahələri, eləcə də aqrar emal yönümlü layihələr bu prioritet istiqamətə aid edilir. Sahibkarlar belə layihələr üzrə SİF-in güzəştli kreditlərindən yararlana bilərlər.