486 Arxiv
Xəbərlər

Geri

Gədəbəydə fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib 16.05.2024 / Görüşlər

“Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda görüş keçirilib.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun (SİF) və Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda görüş keçirilib.

Görüşdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Aqrar Kredit və İnkişaf Agentliyinin, SİF-in müvəkkil kredit təşkilatlarının nümayəndələri, eləcə də Gədəbəydə iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərən sahibkarlar iştirak ediblər. Tədbirdə sahibkarlara dövlətin güzəştli maliyyə mexanizmləri barədə ətraflı məlumat verilib. Bununla yanaşı, Fondun güzəştli kreditlərindən yararlanmaq istəyən sahibkarların sualları cavablandırılıb, təklifləri dinlənilib.