188
Arxiv
Xəbərlər
Geri
Güzəştli kreditlər üzrə fərqlənən müvəkkil kredit təşkilatları
08.05.2024 / Mühüm hadisələr
2024-cü ilin ilk dörd ayı ərzində Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə 1684 layihənin maliyyələşdirilməsinə 61,3 milyon manat güzəştli kredit verilib.
Bu ilin ilk dörd ayı ərzində sahibkarların invesitisiya layihələrinə verilmiş güzəştli kreditlərin sayına görə "Bank Respublika" ASC, "Rabitəbank" ASC, "Yelo Bank" ASC, "AccessBank" QSC və "Aqrarkredit" QSC fərqlənib.
Həmin dövrdə verilmiş güzəştli kreditlərin məbləği üzrə fərqlənən müvəkkil kredit təşkilatlarına isə "Bank Respublika" ASC, "Rabitəbank" ASC, "Yelo Bank" ASC, "AccessBank" QSC və "Azərbaycan Beynəlxalq Bankı" ASC daxildir.
Qeyd edək ki, sahibkarlar SİF-in güzəştli kreditlərindən yararlanmaq üçün müvəkkil kredit təşkilatlarına müraciət etməlidirlər. Müvəkkil kredit təşkilatlarına Fondun əməkdaşlıq etdiyi banklar, bank olmayan kredit təşkilatları və kredit ittifaqları aiddir.