90 Arxiv
Xəbərlər

Geri

SİF ADA Universitetində keçirilən 12-ci Karyera sərgisində təmsil olunub 03.05.2024 / Mühüm hadisələr

Sahibkarlığın İnkişafı Fondu (SİF) ADA Universitetində keçirilən 12-ci Karyera sərgisində təmsil olunub. Sərgidə tələbələrə SİF-də iş imkanları, işə qəbul prosesi, ali təhsil müəssisələrinin tələbələri üçün təşkil olunan təcrübə imkanları barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, “İstedadlarla karyera yolları arasında körpü” devizi altında keçirilən sərgidə dövlət və özəl sektordan olan 137 qurum öz fəaliyyət istiqamətləri və karyera imkanları barədə tələbələri məlumatlandırıblar.