213 Arxiv
Xəbərlər

Geri

“DAMU”nun nümayəndələri təcrübə mübadiləsi proqramında iştirak ediblər 01.04.2024 / Müsahibələr, çıxışlar

Proqram çərçivəsində sahibkarlıq subyektlərinin güzəştli maliyyə mexanizmləri ilə dəstəklənməsi istiqamətində Fondun təcrübəsi təqdim edilib.

Qazaxıstan Respublikasının Sahibkarlığın İnkişafı Fondu “DAMU”nun nümayəndələri İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunda (SİF) təcrübə mübadiləsi proqramında iştirak ediblər. Qurumlar arasında imzalanmış əməkdaşlıq memorandumu üzrə keçirilən proqram çərçivəsində sahibkarlıq subyektlərinin güzəştli maliyyə mexanizmləri ilə dəstəklənməsi istiqamətində Fondun təcrübəsi təqdim edilib. Bununla yanaşı, sahibkarların güzəştli maliyyə resurslarına əlçatanlığının artırılması istiqamətində icra olunmuş tədbirlərin mahiyyəti izah edilib. Həmçinin Fondun fəaliyyətinin ölkə iqtisadiyyatı üzrə müəyyənləşdirilmiş prioritetlərə uyğun qurulması üçün görülən işlər diqqətə çatdırılıb. 

Qeyd edək ki, 2019-cu ildən etibarən SİF-lə əməkdaşlıq edən Sahibkarlığın İnkişafı Fondu “DAMU” Qazaxıstanda KOB subyektlərinin iqtisadi inkişafını stimullaşdırmaq,  onları dəstəkləmək üçün dövlətin maliyyə vəsaitlərindən effektiv istifadəni artırmaq məqsədilə fəaliyyət göstərir.