269 Arxiv
Xəbərlər

Geri

Sahibkarlığın İnkişafı Fondu Maliyyə Xidmətləri İşçi Qrupunun iclasında iştirak edib 15.03.2024 / Konfranslar, iclaslar

Sahibkarlığın İnkişafı Fondu (SİF) Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) Maliyyə Xidmətləri İşçi Qrupunun iclasında iştirak edib.

İclasda SİF-in İdarə Heyətinin sədri Osman Xaliyev, “Access Bank"ın İdarə Heyətinin sədri Davit Tsiklauri, AHK Azərbaycanın İdarə Heyətinin sədri Tobias Baumann və Maliyyə Xidmətləri İşçi Qrupunun sədri İlkin Quliyev çıxış ediblər.

Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev SİF-in fəaliyyət istiqamətləri və güzəştli maliyyə mexanizmləri haqqında təqdimatla çıxış edib. Həmçinin iclas iştirakçılarına sahibkarların maliyyə əlçatanlığının artırılması istiqamətində Fond tərəfindən görülən işlər barədə məlumat verib.

Tədbirdə yeni maliyyə alətlərinin yaradılması istiqamətində müzakirələr aparılıb, işçi qrupunun üzvlərinin sualları cavablandırılıb.

Qeyd edək ki, Maliyyə Xidmətləri İşçi Qrupunun fəaliyyətinin əsas məqsədi maliyyə bazarında mövcud problemlərin araşdırılması, strateji və operativ planlaşdırma, biznesin idarəedilməsi sahəsində bilik və təcrübə mübadiləsi və müvafiq dövlət qurumları ilə dialoqun gücləndirilməsidir.