277 Arxiv
Xəbərlər

Geri

Qazaxıstanın Sahibkarlığın İnkişafı Fondunun nümayəndələri ilə görüş keçirilib 12.03.2024 / Əməkdaşlıq

Qurumlar arasında əməkdaşlıq istiqamətində növbəti addımlar müəyyənləşdirilib.

Qazaxıstan Respublikasının Sahibkarlığın İnkişafı Fondu “DAMU”nun nümayəndələri ilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunda görüş keçirilib. Görüşdə sahibkarlıq subyektlərinin güzəştli maliyyə mexanizmləri ilə dəstəklənməsi istiqamətində görülən işlər müzakirə edilib. Həmçinin qurumlar arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində təsdiqlənmiş Yol Xəritəsi üzrə görülmüş işlərə toxunulub. Bununla yanaşı, əməkdaşlıqda növbəti addımlar müəyyənləşdirilib.

Qeyd edək ki, 2019-cu ildən etibarən SİF-lə əməkdaşlıq edən Sahibkarlığın İnkişafı Fondu “DAMU” Qazaxıstanda KOB subyektlərinin iqtisadi inkişafını stimullaşdırmaq,  onları dəstəkləmək üçün dövlətin maliyyə vəsaitlərindən effektiv istifadəni artırmaq məqsədilə fəaliyyət göstərir.