103 Arxiv
Xəbərlər

Geri

Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib 11.03.2024 / Görüşlər

SİF tərəfindən sahibkarlara göstərilən maliyyə xidmətlərinin əlçatanlığının artırılması istiqamətində görülən işlər təqdim edilib.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunda (SİF) Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə SİF tərəfindən sahibkarlara göstərilən maliyyə xidmətlərinin əlçatanlığının artırılması istiqamətində görülən işlər təqdim edilib. SİF-in İdarə Heyəti sədrinin müavini Eldar Həmidov sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi istiqamətində dövlətin dəstək mexanizmləri barədə məlumat verib.

Bununla yanaşı, maliyyə institutlarının məhsul və xidmətlərinin müxtəlifliyi və sahibkarların maliyyə xidmətlərinə çıxışı ilə əlaqədar digər məsələlər müzakirə edilib.