159 Arxiv
Xəbərlər

Geri

Qazaxıstanın “DAMU” Sahibkarlığın İnkişafı Fondu ilə görüş keçirilib 14.02.2024 / Əməkdaşlıq

Yaşıl layihələrin maliyyələşdirilməsi ilə bağlı qurumlar arasında təcrübə mübadiləsi imkanları müzakirə edilib.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) və Qazaxıstan Respublikasının “DAMU” Sahibkarlığın İnkişafı Fondu arasında onlayn görüş keçirilib.

Görüşdə SİF-in ətraf mühit, sosial və idarəetmə istiqamətləri üzrə fəaliyyəti təqdim edilib, yaşıl layihələrin maliyyələşdirilməsi istiqamətində görülən işlərə toxunulub. Həmçinin Qazaxıstan Respublikasının “DAMU” Sahibkarlığın İnkişafı Fondunun bu istiqamət üzrə təcrübəsi öyrənilib. Bununla yanaşı, yaşıl layihələrin maliyyələşdirilməsi ilə bağlı qurumlar arasında təcrübə mübadiləsi imkanları müzakirə edilib.

Qeyd edək ki, 2019-cu ildən etibarən SİF-lə əməkdaşlıq edən “DAMU” Sahibkarlığın İnkişafı Fondu Qazaxıstanda KOB subyektlərinin iqtisadi inkişafını stimullaşdırmaq, onları dəstəkləmək üçün dövlətin maliyyə vəsaitlərindən effektiv istifadəni artırmaq məqsədilə fəaliyyət göstərir.