311 Arxiv
Xəbərlər

Geri

SİF "Sənaye və yaşıl layihələrə dəstək" müsabiqəsini elan edir 15.01.2024 / Müsabiqə

Sahibkarlığın İnkişafı Fondu sənaye, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı sahələrində fəaliyyət göstərən, eləcə də yaşıl layihələr həyata keçirən sahibkarlara güzəştli kreditlərin verilməsinin stimullaşdırılması məqsədilə müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında yenidən "Sənaye və yaşıl layihələrə dəstək" adlı müsabiqə keçirir. Müsabiqədə yalnız Fondla əməkdaşlıq edən və 2024-cü il üzrə limiti olan müvəkkil kredit təşkilatlarının (banklar, bank olmayan kredit təşkilatları, kredit ittifaqlarının) kredit mütəxəssisləri iştirak edə bilər.

Qaliblər müsabiqə üzrə bildirilmiş meyarlar üzrə hesablanmış əmsallar nəzərə alınmaqla müəyyənləşdiriləcək.

Müsabiqəyə müraciətlərin qəbulu 01.07.2024-cü il tarixinədək davam edəcək.