130
Arxiv
Xəbərlər
Geri
Salyanda sahibkarlarla görüş keçirilib
15.11.2023 / Görüşlər
Salyan və Neftçala rayonlarında fəaliyyət göstərən sahibkarlara maliyyə resurslarına çıxış imkanları və dövlətin maliyyə dəstəyi mexanizmləri barədə məlumat verilib.
Sahibkarlığın İnkişafı Fondunun və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri Salyan və Neftçala rayonlarında fəaliyyət göstərən sahibkarlarla görüşüblər. Görüşdə sahibkarlara maliyyə resurslarına çıxış imkanları və dövlətin maliyyə dəstəyi mexanizmləri barədə məlumat verilib. O cümlədən, Fondun güzəştli kreditlərinin şərtləri və müraciət prosesi izah edilib. Bununla yanaşı, həmin ərazilərdə fəaliyyət göstərən biznes subyektlərinin çətinlikləri öyrənilib, sahibkarların təklifləri dinlənilib.