115 Arxiv
Xəbərlər

Geri

Sahibkarlığın İnkişafı Fondu ağacəkmə aksiyası keçirib 06.11.2023 / Mühüm hadisələr

Aksiya çərçivəsində 1 hektar ərazidə 500-dən çox Eldar şamı əkilib.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Şabran rayonunda ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində Fondun əməkdaşları tərəfindən 1 hektar ərazidə 500-dən çox Eldar şamı əkilib.

“Ətraf mühitə qarşı məsuliyyətimiz var!” şüarı ilə keçirilən aksiyanın məqsədi ölkədə yaşıllıq sahələrinin artımına töhfə vermək və sahibkarlıq subyektlərinin ətraf mühitlə bağlı məsuliyyətlərinə diqqət çəkməkdir.