144
Arxiv
Xəbərlər
Geri
ESG ilə bağlı görüş keçirilib
25.10.2023 /
Görüşdə Fondun güzəştli maliyyə mexanizmlərinin tətbiqində ESG (ətraf mühit, sosial sahə və korporativ idarəetmə) prinsiplərinin nəzərə alınması müzakirə edilib.
Sahibkarlığın İnkişafı Fondunun təşəbbüsü ilə müvəkkil kredit təşkilatlarının nümayəndələrinin Fondun ESG siyasəti (ətraf mühit, sosial sahə və korporativ idarəetmə) ilə bağlı məlumatlandırılması məqsədilə onlayn görüş keçirilib. Görüşdə Fondun güzəştli maliyyə mexanizmlərinin tətbiqində ESG prinsiplərinin nəzərə alınması müzakirə edilib. Həmçinin Fond və onun partnyorları arasında bu istiqamətdə əməkdaşlıq imkanları nəzərdən keçirilib.