124 Arxiv
Xəbərlər

Geri

“S&P Global Ratings" reytinq agentliyi yenidən SİF-ə yüksək reytinq verib 03.10.2023 / Mühüm hadisələr

 Fondun yüksək reytinq almasına təsir göstərən başlıca faktorlar güclü kapital mövqeyi və gəlirlilik səviyyəsi olub.

 

"S&P Global Ratings" reytinq agentliyi Sahibkarlığın İnkişafı Fonduna (SİF) növbəti dəfə yüksək reytinq verib.  Belə ki, qlobal agentlik Fondun uzun və qısamüddətli kredit reytinqini "BB-/B" səviyyəsində təsdiqləyib və yaxın gələcəkdə SİF-in reytinqinin "stabil" olaraq qalacağını proqnozlaşdırır.

Qlobal reytinq agentliyinin yaydığı məlumata görə, SİF-in ölkə iqtisadiyyatının inkişafında rolu, dövlət və özəl sektor arasında əlaqələndirici mövqeyi reytinq agentliyi tərəfindən müsbət qiymətləndirilib. Fondun yüksək reytinq almasına təsir göstərən başlıca faktorlar isə güclü kapital mövqeyi və gəlirlilik səviyyəsi olub.

Reytinqin alınmasında əsas məqsəd qloballaşan bazarın tələblərinə uyğunlaşmaq, Fondun cari və potensial tərəfdaşları arasında etibarlılığını artırmaq və gələcəkdə xarici maliyyə vəsaitlərinin cəlb edilməsi üçün uyğun zəmin yaratmaqdır.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli Fərmanı ilə 1992-ci ildə təsis edilmiş Sahibkarlığa Kömək Milli Fondunun hüquqi bazası əsasında yaradılıb. Fəaliyyət dövrü ərzində SİF-in güzəştli kredit mexanizmindən 44 mindən çox layihə çərçivəsində 31 mindən çox sahibkarlıq subyekti yararlanıb və bu sahibkarlıq subyektlərinə 2,9 milyard manat həcmində kredit verilib.