95 Arxiv
Xəbərlər

Geri

Qaxda sahibkarlarla görüş keçirilib 26.09.2023 / Görüşlər

Qax rayonunda sahibkarlara maliyyə resurslarına çıxış imkanları, o cümlədən dövlətin maliyyə dəstəyi mexanizmləri barədə məlumat verilib.

Sahibkarlığın İnkişafı Fondunun və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri Qaxda sənaye sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşüblər. Görüşdə sahibkarlara maliyyə resurslarına çıxış imkanları, o cümlədən dövlətin maliyyə dəstəyi mexanizmləri barədə məlumat verilib. Bununla yanaşı, həmin regionda fəaliyyət göstərən sahibkarların çətinlikləri öyrənilib, təklifləri dinlənilib.