137 Arxiv
Xəbərlər

Geri

Sahibkarlığın İnkişafı Fondu və “Caspian Energy Club” B2G forumu keçirib 30.08.2023 / Konfranslar, iclaslar

“Caspian Energy Club”un üzvü olan sahibkarlara Sahibkarlığın İnkişafı Fondunun fəaliyyət istiqamətləri barədə məlumat verilib.

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) və “Caspian Energy Club”un birgə təşkilatçılığı ilə B2G (Biznesdən Dövlətə) forumu keçirilib. 100-ə yaxın biznes nümayəndəsinin iştirak etdiyi forumda SİF-in İdarə Heyətinin sədri Osman Xaliyev Fondun fəaliyyət istiqamətləri, o cümlədən maliyyə mexanizmləri barədə məlumat verib. İdarə Heyətinin sədri qeyd edib ki, Fondun əsas məqsədi Azərbaycanda sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsini təmin etmək, eləcə də dövlət və sahibkarlar arasında əməkdaşlığın və qarşılıqlı inam mühitinin inkişafına nail olmaqdır.

 

Daha sonra iştirakçıların təklifləri dinlənilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

“Caspian Energy Club”un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev Osman Xaliyevə klubun fəxri üzvü sertifikatını təqdim edərək dövlət qurumu ilə klub arasında açıq dialoq və əməkdaşlığın genişləndirilməsində yaradılan imkana görə təşəkkürünü bildirib.

Forum çərçivəsində “Caspian Energy Club”a yeni üzv olan şirkətlərin nümayəndələrinə də sertifikatlar təqdim edilib.

Qeyd: “Caspian Energy Club” dünyanın 50 ölkəsindən olan 5000-dən çox şirkəti birləşdirən regional təşkilatdır. Bizneslərin şəbəkələşməsi üçün beynəlxalq platforma olan “Caspian Energy Club”un Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Çexiya, İsrail, Almaniya, Polşa, Slovakiya, BƏƏ-də rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri mövcuddur.