137 Arxiv
Xəbərlər

Geri

Sahibkarlığı İnkişafı Fondu və “Marsol Group”un üzvü olan sahibkarlar arasında görüş keçirilib 18.08.2023 / Görüşlər

Marsol Group”un üzvü olan sahibkarlara Sahibkarlığın İnkişafı Fondunun güzəştli maliyyə  mexanizmləri barədə ətraflı məlumat verilib.

Sahibkarlığın İnkişafı Fondunun (SİF) və “Marsol Group”un birgə təşkilatçılığı ilə “Sahibkarlar üçün güzəştli maliyyə imkanları” mövzusunda növbəti görüş keçirilib. Görüş çərçivəsində “Marsol Group”un üzvü olan sahibkarlara SİF-in güzəştli kredit mexanizmi barədə ətraflı məlumat verilib. Bununla yanaşı, “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizminin təqdimatı keçirilib, biznes nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.