118
Arxiv
Xəbərlər
Geri
Sahibkarlığın İnkişafı Fondu və Özbəkistanın Sahibkarlıq Fəaliyyətinə Dəstək Fondu arasında görüş keçirilib
03.08.2023 / Görüşlər
Özbəkistanın Sahibkarlıq Fəaliyyətinə Dəstək Fondu ilə əməkdaşlıq imkanları müzakirə edilib.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu və Özbəkistanın Sahibkarlıq Fəaliyyətinə Dəstək Fondu arasında onlayn görüş keçirilib. Hər iki qurumun nümayəndələrinin iştirak etdiyi görüşdə Azərbaycanda və Özbəkistanda sahibkarlığın dəstəklənməsi istiqamətində görülən işlərə toxunulub. Görüş çərçivəsində qurumlar arasında əməkdaşlıq və təcrübə mübadiləsi imkanları müzakirə edilib.