55 Arxiv
Xəbərlər

Geri

Gəncədə sahibkarlarla görüş keçirilib 20.07.2023 / Görüşlər

Gəncədə sahibkarlara maliyyə resurslarına çıxış imkanları, o cümlədən dövlətin maliyyə dəstəyi mexanizmləri barədə məlumat verilib.

Sahibkarlığın İnkişafı Fondunun və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri Gəncə şəhərində sənaye, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşüblər. Görüşdə sahibkarlara maliyyə resurslarına çıxış imkanları, o cümlədən dövlətin maliyyə dəstəyi mexanizmləri barədə məlumat verilib. Bununla yanaşı, həmin regionda fəaliyyət göstərən sahibkarların çətinlikləri öyrənilib, təklifləri dinlənilib.