137 Arxiv
Xəbərlər

Geri

SİF və “Bank Respublika” Naxçıvanda sahibkarlarla görüşüb 10.07.2023 / Konfranslar, iclaslar

Sahibkarlığın İnkişafı Fondu və “Bank Respublika” “Naxçıvanda biznesin inkişafı” mövzusunda konfrans keçirib.

Sahibkarlığın İnkişafı Fondunun və “Bank Respublika”nın nümayəndə heyəti Naxçıvana səfər edib. Nümayəndə heyəti əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq Ümummilli Liderin xatirəsinə ehtiramlarını bildiriblər. Səfər çərçivəsində “Naxçıvanda biznesin inkişafı” mövzusunda konfrans keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev, SİF-in İdarə Heyətinin sədri Osman Xaliyev və “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov çıxış edərək sahibkarlar və investorlar üçün yeni yaradılan imkanlar, eləcə də dövlətin güzəştli maliyyə mexanizmləri barədə məlumat veriblər.

3 gün davam edən səfər ərzində nümayəndə heyəti Naxçıvan MR-nın müxtəlif rayonlarında sahibkarlarla görüşlər keçirib, onları maraqlandıran suallar cavablandırılıb.