126
Arxiv
Xəbərlər
Geri
Sənaye sahəsi üzrə fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib
06.06.2023 / Görüşlər
Sahibkarlığın İnkişafı Fondu və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Abşeronda sahibkarlarla sənaye üzrə biznes subyektlərinin maliyyə əlçatanlığı ilə bağlı müzakirə aparıb.
Sahibkarlığın İnkişafı Fondu (SİF) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Abşeronda sənaye sahəsi üzrə fəaliyyət göstərən sahibkarlarla görüşüb. Görüşdə sənaye sahəsindəki biznes subyektlərinin maliyyə əlçatanlığı ilə bağlı müzakirələr aparılıb, sahibkarların təklifləri dinlənilib. Bununla yanaşı, sahibkarlara dövlətin güzəştli maliyyə mexanizmləri, o cümlədən, SİF-in güzəştli kredit mexanizmi barədə məlumat verilib.