Geri
Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının rezidentlərinə Sahibkarlığın İnkişafı Fondunun güzəştli kredit mexanizmləri barədə ətraflı məlumat verilib.
Aprelin 25-də Sahibkarlığın İnkişafı Fondunun (SİF) və İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) birgə təşkilatçılığı ilə Sumqayıt Kimya Sənaye Parkında “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün güzəştli maliyyə imkanları” mövzusunda tədbir keçirilib.
“Sahibkarlar Günü”nə həsr olunmuş tədbirdə İZİA-nın idarəçiliyində olan Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının rezidentlərinə SİF-in güzəştli kredit mexanizmləri barədə ətraflı məlumat verilib. Bununla yanaşı, “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizminin təqdimatı keçirilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.