117 Arxiv
Xəbərlər

Geri

Sahibkarlığın İnkişafı Fondunun 2022-ci il üzrə maliyyə hesabatı açıqlanıb 14.04.2023 / Mühüm hadisələr

Ötən il Sahibkarlığın İnkişafı Fondunun əməliyyat gəlirləri 14 375 min manat, ehtimal olunan kredit zərərlərinin azalması üzrə gəlirləri 8 945 min manat təşkil edib. Əməliyyat və vergi xərcləri 7 811 min manat olmaqla, Fond 2022-ci ili 15 509 min manat mənfəətlə başa vurub.

İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondunun (SİF) 2022-ci ilin yekunlarına dair maliyyə hesabatı açıqlanıb. Hesabata əsasən, ötən il SİF-in əməliyyat gəlirləri 14 375 min manat, ehtimal olunan kredit zərərlərinin azalması üzrə gəlirləri 8 945 min manat təşkil edib. Əməliyyat və vergi xərcləri 7 811 min manat olmaqla, Fond 2022-ci ili 15 509 min manat mənfəətlə başa vurub. 31 dekabr 2022-ci il tarixinə SİF-in cəmi aktivləri 951 891 min manat, öhdəlikləri 20 min manat, kapitalı isə 951 871 min manat təşkil edib.

Qeyd edək ki, Fondun illik maliyyə hesabatlarının beynəlxalq mühasibat uçotu standartlarına uyğunluğu müstəqil audit şirkətləri tərəfindən hər il yoxlanılır. 2022-ci ilin maliyyə hesabatları “Baker Tilly Azərbaycan” audit şirkəti tərəfindən audit olunub və hesabatlara müsbət auditor rəyi verilib. Audit rəyinə əsasən, maliyyə hesabatları Fondun 31 dekabr 2022-ci il tarixinə olan maliyyə vəziyyətini, habelə göstərilən tarixdə başa çatmış il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli şəkildə əks etdirir.