Geri
Sahibkarlığın İnkişafı Fondu tərəfindən qadın və gənc sahibkarlara aid bizneslərin maliyyələşdirilməsinin təşviqi məqsədilə müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında keçirilən “Qadın və gənc sahibkarlara dəstək” müsabiqəsinə yekun vurulub, qaliblər mükafatlandırılıb. Ümumilikdə, müsabiqəyə müvəkkil kredit təşkilatlarının 54 nümayəndəsi 64 layihə təqdim edib.
Təqdim olunmuş layihələrin sayı eyni (hər biri 3 layihə) olduğu üçün qaliblərin statusunu müəyyənləşdirəcək meyar kimi layihəyə ayrılacaq vəsaitlərin toplam məbləği əsas götürülüb. Müsabiqə komissiyasının qərarına əsasən, 1-ci yerə 3 layihə ilə (37 000 manat) “Aqrarkredit” QSC BOKT-un nümayəndəsi Elşən Əsgərov, 2-ci yerə 3 layihə ilə (34 000 manat) “Bank Respublika” ASC-nin nümayəndəsi Əbülfəz Rüstəmov, 3-cü yerə 3 layihə ilə (15 000 manat) “Finoko” BOKT ASC-nin təmsilçisi Böyükağa Məmmədov layiq görülüb.
Qaliblər diplom və pul mükafatları ilə təltif edilib.