137 Arxiv
Xəbərlər

Geri

Şəki və Zaqatalada sahibkarlarla görüş keçirilib 01.11.2022 / Görüşlər

Sahibkarlığın İnkişafı Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dövlət Turizm Agentliyi və müvəkkil kredit təşkilatlarının nümayəndələri dövlətin güzəştli maliyyə dəstəyi mexanizmləri barədə məlumatlılıq səviyyəsinin artırılması məqsədilə Şəki və Zaqatala şəhərlərində sahibkarlarla görüşüb.

70-ə yaxın sahibkarın iştirak etdiyi görüşdə güzəştli kreditə müraciət üçün tələblər və  Sahibkarlığın İnkişafı Fondunun prioritet istiqamətləri barədə məlumat verilib.

Qeyd edək ki, Fond tərəfindən ayrılmış güzəştli kreditlərin həcmi az olan regionlarda məlumatlılığı artırmaq və sahibkarların maliyyələşmə ilə bağlı çətinliklərinin öyrənilməsi məqsədilə oktyabr ayı ərzində bir sıra regionlarda maarifləndirmə tədbirləri həyata keçirilib.