120 Arxiv
Xəbərlər

Geri

SAHİBKARLIĞIN İNKİŞAFI FONDUNUN YARADILMASINDAN 30 İL ÖTÜR 12.10.2022 / Mühüm hadisələr

Dövlətin iqtisadi siyasətinin həyata keçirilməsində əsas maliyyə institutlarından olan Sahibkarlığın İnkişafı Fondunun yaradılmasından 30 il keçir. Fondun ölkədə sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafında və işgüzarlığın artırılmasında əhəmiyyətli rolu olmuşdur.
Fond tərəfindən bugünədək 42 minədək sahibkara 2,8 milyard manat güzəştli kredit verilmişdir. Bu kreditlər sahibkarlıq subyektlərinin güzəştli maliyyə resurslarına çıxışını təmin etməklə ölkədə qeyri-neft sektorunun inkişafına, innovativ texnologiyalara əsaslanan yeni istehsal, emal və infrastruktur müəssisələrinin yaradılmasına, ixracyönümlü investisiya layihələrinin maliyyələşdirilməsinə və yeni iş yerlərinin açılmasına töhfə vermişdir.
Fond gələcəkdə müxtəlif maliyyə dəstəyi mexanizmləri vasitəsilə sahibkarların maliyyə əlçatanlığının artırılması istiqamətində fəaliyyətini davam etdirəcəkdir.