123
Arxiv
Xəbərlər
Geri
Sahibkarlığın İnkişafı Fondu ilə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi arasında görüş keçirilib.
01.10.2022 / Görüşlər
Görüşün əsas məqsədi yaşıl enerjinin maliyyələşdirilməsində birgə əməkdaşlıq imkanlarının müzakirəsi olub.
Yaşıl enerji sahəsində fəaliyyət göstərən biznes subyektlərinin maliyyə əlçatanlığı ilə bağlı cari vəziyyət və güzəştli kreditlərdən istifadənin bu sektordakı stimullaşdırıcı rolu təhlil edilib. Bildirilib ki, güzəştli kreditlərin verilməsində iqtisadiyyatın sahələri üzrə müəyyən edilmiş prioritet istiqamətlərdən biri də bərpa olunan enerji yönümlü layihələrdir.
Görüşün sonunda gələcək əməkdaşlıq imkanları ilə bağlı mexanizm təklifləri dinlənilib.