Geri
Sahibkarlığın İnkişafı Fondunun təşəbbüsü ilə Azərbaycan Giləmeyvə İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri ilə onlayn görüş keçirilib. Görüşdə biznes subyektləri və müvəkkil kredit təşkilatlarının nümayəndələri iştirak edib.
Görüşün məqsədi giləmeyvə istehsalı və ixracı ilə məşğul olan sahibkarların kredit ehtiyaclarının müəyyən edilməsi, onların güzəştli maliyyə resurslarına çıxışının təşviqi məqsədilə Fondun təklif etdiyi dəstək mexanizmləri barədə məlumatlandırılması idi.
Tədbirdə Fondun dəstək mexanizmləri barədə ətraflı məlumat verilib, giləmeyvə istehsal sahəsində fəaliyyət göstərən sahibkarların güzəştli kreditlərdən istifadə zamanı qarşılaşdıqları problemlər dinlənilib. Sonda sahibkarların sualları aidiyyəti üzrə Fond və görüşdə iştirak edən müvəkkil kredit təşkilatlarının nümayəndələri tərəfindən cavablandırılıb.