109 Arxiv
Xəbərlər

Geri

Turizm sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib 01.07.2022 / Görüşlər

İyunun 30-da İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə turizm fəaliyyəti ilə məşğul olan sahibkarlarla onlayn görüş keçirilib.

Tədbir turizm fəaliyyəti ilə məşğul olan sahibkarların güzəştli şərtlərlə maliyyə resurslarına çıxışını təmin etmək üçün Fondun təklif etdiyi məhsul və xidmətlər barədə məlumatlandırılması məqsədilə təşkil olunub.

Tədbirdə Fondun güzəştli kredit dəstəyi və subsidiya mexanizmi, tələb olunan sənədlər, müraciət proseduru, turizmin inkişafına göstərilən maliyyə dəstəyi ilə bağlı məlumat verilib. Bildirilib ki, turizmin inkişafı yönümlü layihələrin maliyyələşdirilməsi Fondun 2022-ci il üzrə prioritet istiqamətlərinə daxildir və sahibkarlıq subyektləri bu məqsədlə Fondla əməkdaşlıq edən müvəkkil kredit təşkilatlarına müraciət edə bilərlər.

Görüşün sonunda sahibkarların sualları cavablandırılıb.