87 Arxiv
Xəbərlər

Geri

Yüksəliş müsabiqəsinin qalibi ilə görüş keçirilib 21.06.2022 / Görüşlər

Mentorluq proqramı çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsini icra edən Osman Xaliyev “Yüksəliş” müsabiqəsinin qalibi Ziya Mürsəlzadə ilə görüşüb.

Osman Xaliyev ölkədə yüksək idarəetmə və liderlik keyfiyyətlərinə malik kadrların fərdi inkişafının dəstəklənməsi və perspektiv rəhbər şəxslərin peşəkar səriştə və idarəçilik təcrübələrinin artırılmasında “Yüksəliş” müsabiqəsinin əhəmiyyətini vurğulayıb. O, rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, yeni məhsulların yaradılması istiqamətində həyata keçirilən tədbirlər, institusional bazanın möhkəmləndirilməsi, fəaliyyətin optimallaşdırılması ilə bağlı görülən işlər barədə məlumat verib.

Görüşdə qərar qəbuletmə prosesinə təsir edən amillər, liderlik və strateji menecment məsələlərinə dair müzakirələr aparılıb.