107 Arxiv
Xəbərlər

Geri

Sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi ilə bağlı təcrübə mübadiləsi aparılıb 11.06.2022 / Mühüm hadisələr

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun (SİF) nümayəndələri Türkiyənin Kiçik və Orta Sahibkarlığın İnkişafı və Dəstəklənməsi Birliyi (KOSGEB) ilə imzalanmış Memorandum çərçivəsində Ankaraya səfər edib.

Səfər çərçivəsində SİF nümayəndələri Türkiyədə sahibkarlığın inkişafına dəstək göstərən iki qurum - KOSGEB və Kredit Zəmanət Fondunun (KGF) kiçik və orta biznesin maliyyələşdirilməsi sahəsində təcrübəsi ilə tanış olublar.

Qeyd edək ki, Sahibkarlığın İnkişafı Fondu və KOSGEB arasında Anlaşma Memorandumu 2019-cu ildə tərəflər arasında əməkdaşlığın inkişafı, həmçinin hər iki ölkənin KOB subyektləri üçün birgə dəstək tədbirlərinin həyata keçirilməsi məqsədilə imzalanıb.

Memorandum çərçivəsində İllik Fəaliyyət Planı təsdiq olunub. Planda Türkiyədə tətbiq olunan startap və KOB-ların maliyyələşdirilməsi mexanizmləri ilə bağlı qısamüddətli təcrübə proqramlarının həyata keçirilməsi, birgə maarifləndirmə tədbirlərinin təşkili, KOB-larla bağlı sahələr üzrə məlumat mübadiləsinin aparılması, sərgi, seminar və digər tədbirlərin təşkili zamanı KOB-ların məlumatlandırılmasının təmin edilməsi kimi məsələlər öz əksini tapıb.