100 Arxiv
Xəbərlər

Geri

Rusiyanın Kiçik və Orta Sahibkarlığın İnkişafı üzrə Federal Korporasiyasının nümayəndələri ilə görüş keçirilib 28.04.2022 / Görüşlər

Aprelin 27-də Sahibkarlığın İnkişafı Fondu (SİF) və Rusiyanın Kiçik və Orta Sahibkarlığın İnkişafı üzrə Federal Korporasiyasının rəhbər vəzifəli nümayəndələri arasında görüş keçirilib.

Görüşdə hər iki qurum tərəfindən sahibkarlara göstərilən maliyyə dəstəyi tədbirləri, tərəflər arasında əməkdaşlığın istiqamətləri, Azərbaycan və Rusiyada fəaliyyət göstərən kiçik və orta biznes (KOB) subyektlərinin satış bazarlarının genişləndirilməsi imkanları müzakirə edilib.

Federal Korporasiyanın Baş direktorunun müavini Nikita Bantsekin  bildirib ki, KOB reyestrinə daxil edilmək üçün tələb olunan meyarlara uyğun olduqları təqdirdə, Azərbaycanın KOB subyektlərinin Korporasiyanın maliyyə və qeyri-maliyyə dəstəyindən yararlanması mümkün ola bilər.

Görüşdə bizneslərə göstərilən xidmətlərin elektronlaşdırılması istiqamətində, eyni zamanda “msp.rf” rəqəmsal platformasının xidmətlərindən istifadə imkanları barədə də fikir mübadiləsi aparılıb.

Qeyd olunan məsələlərin hərtərəfli müzakirəsi onlayn görüşlərin təşkili barədə razılıq əldə edilib.