98 Arxiv
Xəbərlər

Geri

Biznes subyektlərinin ixrac imkanlarına həsr olunan görüş keçirilib 21.04.2022 / Görüşlər

Sahibkarlığın İnkişafı Fondu, Dubay Ticarət Palatasının Azərbaycan Nümayəndəliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO nümayəndələri və qida sektorunda fəaliyyət göstərən sahibkarların iştirakı ilə görüş keçirilib. Onlayn görüşün keçirilməsində məqsəd Azərbaycanda biznes subyektlərinin qida məhsulları ixracı potensialı və ixracın təşkili üçün tələb olunan maliyyə mənbələrinə çıxış imkanlarının müzakirəsi olub.

Görüşdə yerli sahibkarların Birləşmiş Ərəb Əmirlikləri, xüsusilə Dubay bazarlarında rəqabətqabiliyyətli olması üçün ehtiyacların müəyyən edilməsi və buna uyğun olaraq yeni maliyyə dəstəyi mexanizmlərinin yaradılması perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Tədbirdə iştirak edən şirkətlərin nümayəndələri fəaliyyət sahələri və istehsal etdikləri məhsullar barədə məlumat veriblər.

Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsini icra edən Osman Xaliyev yerli məhsulların xarici bazarlara çıxarılması məqsədilə sahibkarların ehtiyacları fonunda yeni dəstək alətlərinin yaradılması ilə bağlı araşdırmaların aparıldığını qeyd edib. Vurğulanıb ki, bu istiqamətdə biznesin tələb və gözləntilərin müəyyən edilməsi ixrac yönümlü layihələrin maliyyələşdirilməsində yeni və daha səmərəli mexanizmlərin tətbiqi üçün əlverişli şərait yaradacaqdır.